Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq

Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq

Tarix: 17 Noyabr 2020 12:09

Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.

Sonxeber.net xəbər verir ki, Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, layihə parlamentə dünən təqdim edilib.

Sənədə əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Sənədin mətnində deyilir: "Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur".


Etiketlər:  Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi gün müzakirə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ