Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 17:40
Lüksemburq yığmasının futbolçusu Lars Gerson UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmamızın son 2 matçda qol buraxmadığını vurğulayıb:
"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.