Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 18:00
Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlıların müşahidə məntəqələrinin yerini və tərkibini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun açıqlamasına görə, bölgədə ümumilikdə 23 müşahidə məntəqəsi qurulub.
"Mövcud vəziyyəti nəzərə alaraq Rusiya kontingentinin komandanlığı müşahidə postlarının mövqeyini və tərkibini açıqlayıb. Sülhməramlı əməliyyat bölgəsində vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Şimal zonasında 11, cənub zonasında isə 12 müşahidə məntəqəsi qurulub",- deyə Konaşenkov bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.