Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib (FOTO)

Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib (FOTO)

Tarix: 19 Noyabr 2020 10:32

Bakı. Samir Əli - Trend:

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib (FOTO) - Gallery Image Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edilib FOTO


RƏYLƏR