Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə minik avtomobili yanıb, ölən var

Bərdədə minik avtomobili yanıb, ölən var

Tarix: 22 Noyabr 2020 05:03

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə rayonunda “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Nəticədə minik avtomobillərdən birinin yanar hissələri yanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində 1974-ci il təvəllüdlü Camalov Ədalət Nəbi oğlunun yanmış meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bərdədə minik avtomobili yanıb ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ