Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda yol qəzası olub, bir nəfər ölüb

Abşeronda yol qəzası olub, bir nəfər ölüb

Tarix: 22 Noyabr 2020 05:51

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Etiketlər:  Abşeronda yol qəzası olub bir nəfər ölüb


RƏYLƏR