Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 16:33
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:
"Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir".