Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 19:30
Bakı. Trend:
Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılması ilə bağlı inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxacaq.
Xatırladaq ki, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək.