Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu içki qalxanabənzər vəzin fəaliyyətini və maddələr mübadiləsini sürətləndirir

Bu içki qalxanabənzər vəzin fəaliyyətini və maddələr mübadiləsini sürətləndirir

Tarix: 24 Noyabr 2020 21:12

Qalxanabənzər vəzi hormon ifraz edir və bu hormonlar orqanizmdə bir növ " batareya" rolunu oynayır. Qalxnabənzər vəzin hormonu beyinə, ürəyə, əzələlərə, qaraciyərə və maddələr mübadiləsinə birbaşa təsir edir. Qalxanabənzər vəzin hormonunun çatışmazlığı isə adları çəkilən bütün orqanların funksiyasına mənfi təsir edir. Hopotrioz hətta uşaqlıqda düyünlərin əmələ gəlməsinə səbəb ola bilir. Qalxanabənzər vəzi hormonunun çatışmazlığı aşağıdakı əlamətlərlə özünü göstərir:
* halsızlıq və fiziki gücün olmaması
* metobolizmin zəifləməsi
* çəkinin artması və ya azalması
* xroniki yorğunluq
* qəbizlik və ya tez-tez baş verən ishal
* üşümə
* ətraflarda şişkinlik
* saçlarda quruluq
* cinsi həvəsin azalması
* depressiya
Aşağıdakı şirədən hər gün içməklə siz qalxanabənzər vəzin funksiyasını yaxşılaşdıra bilərsiniz. Bu da sizi orqanizminizdə əmələ gələ biləcək patologiyalardan qoruyar.
Şirə aşağıdakı qaydada hazırlanır:
* 1 stəkan turş zoğalın şirəsi
* 7 stəkan su
* ½ çay qaşığı darçın
* ¼ qaşıq zəncəfil
* ¼ çay qaşığı darçın
* ¾ fincan təzə sıxılmış portağal suyu
* ¼ çay qaşığı üyüdülmüş qoz
* ¼ stəkan təzə sıxılmış limon şirəsi
Hazırlanma qaydası:
1. Su qaynadılır, üzərinə zoğal şirəsi əlavə edilir.
2. Darçın, zəncəfil, qoz əlavə edilir və 5 dəqiqə sonra su odun üstündən götürülür, qarışdırılır.
3. Limon və portağal şirəsi əlavə edilir.
Bu şirəni hər gün içməklə siz aşağıdakılara da əməl etsəniz qalxanabənzər vəzin funksiyasını normallaşdıra bilərsiniz, çünki şirənin qəbulu orqanizminizdə A, D, K2 vitamininin miqdarını artmasına səbəb olur.
* qida rasionundan soya yağlarını çixarın
* qidanızda selenin miqdarını artırın
* qlütein və kazeinin miqdarını azaldın
* qanınızda olan yodun miqdarını müayinə etdirin
* dəniz məhsulları qəbuılunu artırırn
* kakos yağından itifadə edin

Milli.Az


Etiketlər:  Bu içki qalxanabənzər vəzin fəaliyyətini maddələr mübadiləsini sürətləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ