Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Trabzonspor" səfərdə "Ankaragücü"nü minimal hesabla üstələyib

Tarix: 28 Noyabr 2020 08:12

Türkiyə Superliqasında 10-cu tura start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk oyun günündə bir matç keçirilib.

Turun açılış qarşılaşmasında "Trabzonspor" "Ankaragücü"nün qonağı olub. Görüsdə Trabzon təmsilçisi minimal hesabla rəqibinə qalib gəlib - 1:0.

Bu nəticədən sonra "Trabzonspor" komandası 12 xalla 12-ci, "Ankaragücü" 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.

Turnir cədvəlinə 20 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" 20 xalla ikinci, "Qalatasaray" 17 xalla 3-cüdür.

Turun növbəti oyunları noyabrın 28, 29 və 30-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Trabzonspor səfərdə Ankaragücünü minimal hesabla üstələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ