Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Tarix: 30 Noyabr 2020 13:48

Bakı. Zeyni Cəfərov - Trend:

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 1,61 milyard manat məbləğində 31 min ipoteka krediti verilib.

Trend-in məlumatına görə, bunu Fondun İdarə heyətinin sədr müavini Rəhman Hümmətov kirayə mənzillər üzrə mexanizmlərlə bağlı onlayn konfrans zamanı deyib.

Onun sözlərinə görə, Fondun xətti ilə ipoteka kreditləşməsi Azərbaycanın 51 regionunu əhatə edir.

İpoteka və Kredit Zəmanət Fondunun kiçik və orta biznesin kreditləşməsi üzrə verdiyi zəmanətlərin həcmi 112 milyon manatı keçib və bu mexanizm yeni olmasına baxmayaraq 26 regionu əhatə edir.

R.Hümmətov əlavə edib ki, Fond tərəfindən həm də ipoteka kreditləri üzrə zəmanətlər verilir və bu göstərici 233 ipoteka krediti üzrə 17,7 milyon manat təşkil edir. Satış öhdəliyi ilə mənzil kirayəsi müqaviləsi 380 vətəndaşla imzalanıb.


Etiketlər:  İpoteka Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ