Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 18:21
Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Mən Hələb şəhərindən olan azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qürurusunuz.
Biz - ölkə hüdudlarından kənarda yaşayan hələbli türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!".