Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 23:18
Bakı. Trend:
Azərbaycan mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov "France 24" xəbər agentliyinə müsahibə verib.
Trend-in məlumatına görə, A.Kərimov Azərbaycanın çoxmədəniyyətli bir dövlət kimi nüfuzuna şübhə edilməməli olduğunu və Dağlıq Qarabağdakı xristian mədəni irs obyektlərinin şübhəsiz qorunub saxlanacağını qeyd edib.
Torpaqlarını erməni işğalından azad etmək məqsədi ilə bir aydan çox davam edən döyüşlərdən sonra Azərbaycan Ermənistanı təslim sənədi imzalamağa məcbur etdi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti ortaq bəyanat verdilər. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə razılaşma 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-da qüvvəyə minib.
Ermənistanın silahlı qüvvələri sentyabrın 27-də iri çaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək Azərbaycan ordusunun cəbhə xəttindəki mövqelərinə qarşı genişmiqyaslı hərbi hücuma başladılar. Azərbaycan bütün cəbhə boyunca əks hücumla cavab verdi. Hələ 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsi pozub. Azərbaycanın cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrigeri otuzdurulmşdur. Döyüşlər sonrakı günlərdə davam etmişdir.
İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə başlayıb. Erməni silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. 1994-cü il atəşkəsindən sonra nəticəsi olmayan sülh danışıqları başlamışdır.