Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Tarix: 4 Dekabr 2020 17:54

Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməni qəbul etməsini şərh edərkən deyib.

O bildirib ki, Fransa parlamenti ciddi tərəfdaş olmaq xüsusiyyətini itirib:

"Fransa hökumətinin də Azərbaycana aid olduğunu qeyd-şərtsiz qəbul etdiyi torpaqları müstəqil dövlət kimi tanımaq qərarı verən parlamentarilər yalnız komediya ustası olaraq işləyə bilərlər. Fransa hökumətini ciddi olmağa dəvət edirik, Fransa xalqının müdrikliyinə inanırıq. Bu absurd qərarı diqqətə almayacaqlarını ümid edirik".


Etiketlər:  Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında bilər Mustafa Şentop


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ