Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 15:12
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının yeni prezidenti seçilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kseniya bu posta yeganə namizəd olub və onun namizədliyi RTF-nin keçmiş rəhbəri Pyotr İvanov tərəfindən irəli sürülüb. İvanov özü isə noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, Kseniya Şoyqunun 29 yaşı var. O, eyni zamanda "Qazprombank"ın İdarə heyətinin sədr müavininin müşaviri vəzifəsini icra edir.