Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə Hesablama Palatasının sədri vəzifəsinə namizədi təsdiqlədi

Komitə Hesablama Palatasının sədri vəzifəsinə namizədi təsdiqlədi

Tarix: 9 Dekabr 2020 16:30

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.

Milli Məclisdən Sonxeber.net-a verilən məlumata görə, bu barədə məlumat verən komitə sədri Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130 milyon manatdan çox vəsait bərpa olunub.

O qeyd edib ki, qurumun işində mühüm keyfiyyət dəyişiklikləri özünü göstərir: "Hesablama Palatasına göndərilən bütün sorğular vaxtında cavablandırılır. 2017-ci ildən bəri "Dövlət auditi" adlı jurnal nəşr olunur. Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı nəzərə çarpır və s. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun xidmətləri var".

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir.


Etiketlər:  Komitə Hesablama Palatasının sədri vəzifəsinə namizədi təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ