Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 15:00
İmişli sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərdən birini qəsdən yandırmaqda şübhəli bilinən Bəhrəmtəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun Çaxırlı kəndindəki atasına məxsus evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, çətənə toxumu, 2 tərəzi və kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.