Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 13:09
Ermənistan və Azərbaycan əsirlərin mübadiləsi prosesinə başlamağa yaxındır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bunu bu gün öz feysbuk səhifəsində xalqa müraciəti zamanı bildirib.
"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq",- Paşinyan qeyd edib.