Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 20:50
Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrə koronavirus xəstəliyinə qarşı peyvəndləri və müvafiq testləri əlavə dəyər vergisindən (ƏDV) azad etməyə icazə verib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şuranın bəyanatında bildirilib: "Aİ Şurası vahid ƏDV sistemi ilə əlaqədar direktivdə dəyişiklik edib. Üzv ölkələrdə 2022-ci il dekabr ayının 31-dək COVID-19 peyvəndlərini və testlərini, eləcə də peyvəndləmə üçün zəruri olan materialları ƏDV-dən azad etməyə icazə verilir. Aİ ölkələri qərar qəbul etdikləri halda bu məhsullar üçün azaldılmış ƏDV dərəcələrindən istifadə edə bilərlər".
Aİ normalarına əsasən, üzv ölkələr öz ərazilərində ƏDV dərəcəsini özləri müəyyənləşdirə bilər, lakin Aİ ölkələri arasında vergi dempinqinə yol verməmək üçün bu verginin dərəcəsi 15 faizdən az olmamalıdır. Burada Aİ siyahısında ƏDV-nin 5 faizə qədər endirilməsinə icazə verilən mallar istisna təşkil edir. ƏDV güzəştləri ilə bağlı qərarlar isə Aİ Şurası tərəfindən təsdiq edilir.