Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 08:06
Dəmir defisit anemiyanın müalicəsi aşağıdakı istiqamətlərdə aparılır:
- etiotrop
- patogenetik.
Eritrop müalicə qanaxmanın mənbəyinin ləvğ edilməsi, infeksiya ilə mübarizə, şiş əleyhinə müalicə, dəmirin anadangəlmə defisitinin rofilaktikası aiddir. Patogenetik müalicəyə isə dəmir defisitinin aradan qaldırılması və hemodinamik pozğunluqlar aiddir.
Dəmir defisit anemiyası olan xəstələrdə dietaya dəmirlə zəngin olan qida məhsulları daxil edilməlidir. Dietaya təkcə hər məhsulda olan dəmirin miqdarı deyil, eyni zamanda bu məhsullarda olan dəmirin sorula bilmə dərəcəsi də nəzərə alınmalıdır.
Ən cox dəmir ət (mal əti, qoyun əti) məhsullarında olur. Balıq məhsullarında olan dəmirin 10%-i, bitki məhsullarında olan dəmirin isə 5%-i orqanizm tərəfindən mənimsənilir. Ona görə də dəmir defisitini aradan qaldırmaq üçün dəmir pereparatlarından mütləq istifadə edilməlidir. Dəmir preparatlarının yaxşı mənimsənilməsi üçün onları mütləq yeməkdən əvvəl qəbul etmək lazımdır.
Dəmir defisit anemiyanın müalicəsində əsas məqsəd dəmir preparatlarının yüksək dozada uzun müddət qəbul edilməsindən ibarətdir. Xəstəlik zamanı dəmir defisitini aradan qaldıran dərmanların dozaları düzgün seçildikdə 7-10 gün sonra müayinə zamanı irəliləyişin olması müəyyən edilir. Tam müalicə əldə etmək üçün dərmanlar ən azı 3 ay qəbul edilməlidir.
Bəzən dəmir defisin anemiyaların müalicəsi zamanı qəbul edilən dərman maddələri xəstələrədə ürəkbulanmaya, qusmaya səbəb olur. Bəzən isə xəstələrin nazik bağırsaqlarında xəstəliklərin olması səbəbli dərmanların bağırsaqlardan sorulması ləngiyir və çətinləşir. Bu zaman xəstələrə dərman preparatları parenterl yolla tətbiq edilir.