Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məsafədən işləyənlər arasında SORĞU - Bəziləri paltarsız, digərləri isə...

Məsafədən işləyənlər arasında SORĞU - Bəziləri paltarsız, digərləri isə...

Tarix: 17 Dekabr 2020 22:56

Kaspersky şirkəti kiçik kompaniyaların məsafədən işləyən işçiləri arasında sorğu keçirib və "home-office" şəraitinin onlar üçün niyə rahat olduğunu müəyyən edib. Məsələn, respondentlər iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyanmağı, təmiz havada işləməyi və hətta paltarsız işləməyi sevirlər. Kiçik və orta şirkətlərdə daxil olmaqla, qarşılıqlı əlaqənin məsafəli formatına keçid texniki çətinliklər və təhlükə mənzərəsindəki dəyişikliklərlə müşayiət olundu: kölgə İT-nin artımı, uzaqdan giriş protokolu (RDP) vasitəsilə hücumlar və s. Dünya İqtisadi Forumunun məlumatına görə, bir-birindən məsafədə olmaq nəticəsində, insanlar bəzi psixoloji problemlərlə, o cümlədən iş və şəxsi həyat arasında yaranmış disbalansla qarşılaşıblar. Buna baxmayaraq, bir çoxları bu yeni təcrübədə gələcəkdə də qoruyub saxlamaq istədikləri müsbət məqamlar tapıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, evdən işləyən işçilərin 48%-i rahat paltar geyinməyə üstünlük verir və 11%-i ümumiyyətlə paltarsız işləyir.

Üçdə birindən çoxu (36%) ofisə getmək qayğısı ilə vidalaşdıqlarına, iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyana bildiklərinə və fasilələr zamanı uzanıb dincələ bildiklərinə görə sevinirlər. Respondentlərin 27%-i eyvanda və ya təmiz havada işləmək fürsətini qiymətləndirir, 16%-i isə yeməkxanadan kənarda nahar etməyi sevir. Bundan əlavə, işdən uzaqlaşmaq işçilərə daha çox istirahət və əyləncə imkanı tanıyıb: onlayn kinoteatrlarda daha çox film izləməyə (23%) və daha çox video oyun oynamağa başlayıblar (18%). Respondentlərin 8%-i isə uzaqdan işləməyin üstünlüyünü daha az duş almağa görə dəyərləndirir.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, uzaqdan işləmək bacarığı özü ilə həm mənfi, həm də mənfi tərəflərini gətirib: "İnsanlar uşaqları ilə daha çox ünsiyyət qurmağa və pul qazanmağa başlayıblar, lakin məhsuldarlığı itirməmək üçün iş proseslərini yenidən təşkil etməli olublar. Təəssüf ki, bu il, işçilərin evdə nə qədər texniki səhvə yol verə biləcəyini gördük və bu səbəbdən həm fərdi, həm də korporativ məlumatlar risk altındadır. Cihazlarınızın təhlükəsizliyi və öz məxfiliyinizə diqqət yetirməyinizi və etibarlı təhlükəsizlik həllərindən istifadə etməyinizi tövsiyə edirik. Uzaqdan işləyərkən bütün bu tövsiyələr xüsusilə aktual olur".


Etiketlər:  Məsafədən işləyənlər arasında SORĞU Bəziləri paltarsız digərləri isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ