Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO)

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO)

Tarix: 18 Dekabr 2020 16:03

Bakı. Samir Əli - Trend:

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə Gəncədə “COVİD-19” – a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə xüsusi qrafik üzrə dezinfeksiya işləri aparılır.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO) - Gallery Image Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə xüsusi qrafik üzrə dezinfeksiya tədbirləri gücləndirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ