Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 01:03
Koronavirusun B1.1.7 variantı 14 genetik mutasiyanı birləşdirir. Virus daha yüngülləşib, yoluxuculuğu 70% artıb. Bu, qısa müddətdə daha çox insanın yoluxması deməkdir. Öldürücülüyünün artması barədə hələ dəqiq məlumat yoxdur. Amma yoluxuculuğun artması və çox insanları qısa müddətdə xəstələndirməsi xəstəxanaların yükünü artıra, dolayısıyla ağırlaşma və ölüm hallarının artmasına səbəb ola bilər.
Sonxeber.net xəbər verir ki, bu sözləri Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyib. Həkim bildirib ki, ölkəmizə gəldikdə, hələ ki B1.1.7 bizim üçün təhlükə kəsb etmir:
"Ümid edək ki, tədbirlər sayəsində gəlib çıxmaz Azərbaycana. Mövcud virusun sürətli yayılması, xəstəxanaların dolması, personal çatışmazlığı, dərmanların hamı üçün əlçatan olmaması ən ciddi problemlərimizdir.
Yoluxma sayında ciddi azalma oldu, bu, sevindiricidir. Hər kəs özünü və yaxınlarını qorusun. Prezidentimiz ən yaxın zamanda kütləvi, pulsuz, könüllü vaksinasiyanın başlayacağını söylədi. O vaxta qədər qorunmaq ən güclü vasitədir. Kütləvi toplanmaqdan qaçın, maska taxın, əllərinizi tez-tez yuyun, məsafə gözləyin. Tanrı xalqımızı qorusun". (publika.az)