Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onun arzusu döyüş təyyarəsi ilə Qarabağ səmasında uçmaq idi - Abbas Qasımov Vətən müharibəsinin ilk şəhid pilotudur - VİDEO

Onun arzusu döyüş təyyarəsi ilə Qarabağ səmasında uçmaq idi - Abbas Qasımov Vətən müharibəsinin ilk şəhid pilotudur - VİDEO

Tarix: 23 Dekabr 2020 11:20

15 il qüsursuz xidmət edən mayor Abbas Qasımov Qarabağa dönüşümüzü şərtləndirən Vətən müharibəsinin ilk şəhid pilotu olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Abbas Vətən müharibəsinin ilk günündə düşmənin müdafiə istehkamlarını dağıdaraq döyüş yoldaşlarının yolunu açıb. Onun illərdir ki, qazandığı təcrübəsini tətbiq eləməyə cəmi bir dəfə şansı olub. Ən böyük arzusu döyüş təyyarəsi ilə Qarabağ səmasında uçmaq idi. Elə arzusunda olduğu o səmalarda şəhidlik zirvəsinə ucalıb və onlarla hərbçimizin həyatını xilas edib.

Kifayət ana deyir ki, oğlu onun üçün hər zaman qəhrəman olub. Ama indi o bütün Azərbaycanın qəhrəmanıdır. Ana balasının qoxusunu döyüş yoldaşlarından alır.

Şanlı döyüş tariximizdə özünəməxsus iz buraxan qəhrəman pilot xidmət etdiyi müddət ərzində dəfələrlə orden və medallarla mükafatlandırılıb. Ölümündən sonra onların sırasına biri də əlavə olunub- "Vətən uğrunda" medalı...

Qasımovların yeganə təsəllisi zəfər dastanımızda adını həkk etdirən Abbasın ruhununşad olmasıdır.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Onun arzusu döyüş təyyarəsi ilə Qarabağ səmasında uçmaq idi Abbas Qasımov Vətən müharibəsinin ilk şəhid pilotudur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ