Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 19:15
Bakı. Ceyhun Ələkbərov - Trend:
44 günlük Vətən müharibəsində arxa cəbhədə fəal iştirak edən şəxslərdən biri də Naftalan sakini Zamir Əliyevdir. O, şəxsi "Mercedes Vito" markalı avtomobili ilə yaralı, şəhid zabit və əsgərlərimizi xəstəxanalara çatdırıb.
Trend-in məlumatına görə, Z.Əliyev öz istəyi ilə bu addımı atıb. Döyüşlər başlayan gün hərbçi zabitlərin birindən bu xahişi edib. Bildirib ki, onun avtomobili var və ən azından yaralı şəxsləri xəstəxanaya apara bilər. Bir qədər sonra onun bu istəyi qəbul olunub:
“Bir müddət keçdikdən sonra dövlətimiz tərəfindən təcili yardım maşınları çox göndərildiyindən artıq mənim avtomobilimə ehtiyac qalmadı. Ancaq buna baxmayaraq, yenidən vətəndaş borcumu yerinə yetirməkdən əl çəkmədim. Hərbi hospitala müraciət edərək, orada yardımlar etməyə başladım”.
Z.Əliyev əlavə edib ki, bizim hərbçilər illərdirdir xalqımızın istəyini yerinə yetirdi: "Erməniləri uzun müddətdir bu cür susduran olmamışdı. Bizim əsgər-zabitlərimiz, başda Ali Baş Komandan olmaqla, onları elə susdurdu ki, bir də səsləri çıxmayacaq".