Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 22:48
Türkiyə Super Liqasının XII turunda "Fatih Karagümrük"lə oyunda qırmızı vərəqə alan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.
Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki "cim-bom" artıq bir görüşü ("Göztəpə" - 3:1) onsuz keçirib. Həmçinin "sarı-qırmızılılar" çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib.
"Qalatasaray" rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.
Qeyd edək ki, Fatih Terim "Trabzonspor", "Antalyaspor", "Konyaspor" və "Gənclərbirliyi" ilə qarşılaşmalarda "Qalatasaray"a kömək edə bilməyəcək.