Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır

Tarix: 26 Dekabr 2020 09:16

Bakı. Ləman Zeynlova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, AYİB bu sahədə böyük potensial müşahidə edir: "Ölkə rəhbərliyinin enerji bazarının islahatı və biznes mühitinin yaxşılaşdırıması üzrə daimi səyləri bizim vəsaitlərimizi ayırmağımız üçün aparıcı rol oynayır".

AYİB-dən bildiriblər ki, bankın Azərbaycandakı enerji portfelinin həcmi 425 milyon avro təşkil edir və bunun böyük hissəsi "Cənub Qaz Dəhlizi"nin payına düşür: "Azərbaycan üzrə strategiyaya gəldikdə, AYİB bu sənədi 2019-cu ilin aprelində təsdiq edib. Strategiya Azərbaycanla əməkdaşlığımızın istiqamətlərini 2024-cü ilədək müəyyən edir".


Etiketlər:  AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ