Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 15:56
TRT-nin baş direktoru İbrahim Eren Anadolu Agentliyi (AA) tərəfindən təşkil edilən "İlin fotosu" səsverməsinə qatılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, jurnalistlər və fotomüxbirlər tərəfindən ölkə daxilində və xaricdə çəkilən xəbərləri, həyat və idman kateqoriyasındakı şəkilləri incələyib.
İ. Eren xəbər kateqoriyasında Onur Çoban tərəfindən çəkilən "Gəncədə bacısı qızına vida" başlıqlı fotonu qalib seçib.
Qeyd edək ki, fotoda 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərov yer alıb.
Xatırladaq ki, sözügedən şəkil AA-nın oktyabr ayı üçün keçirilən sorğusunda "ayın fotosu" seçilmişdi.