Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diş məcunu və qarqaralar: COVID-i qısa zamanda öldürür?

Diş məcunu və qarqaralar: COVID-i qısa zamanda öldürür?

Tarix: 26 Dekabr 2020 19:42

COVID-19-u yarım dəqiqə ərzində öldürən vasitə tapılıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, qalay və sink tərkibli bəzi diş pastalarının iki dəqiqə ərzində koronavirusu 99,9 faiz təsirsiz hala gətirdiyi bildirilir.

Araşdırmaya görə,  ağız boşluğuna qulluq vasitərləri, SARS-CoV-2-nin yayılmasını azalda bilər. Amerikalı alimlər ağızın "setilpiridin xlorid"lə yaxalanmasının da virusu zərərsizlşdirdiyi qənaətinə gəliblər. Bu vasitənin virusu 30 saniyədə zərərsizləşdirə bildiyi deyilir: "Nəticələr göstərir ki, müəyyən diş pastaları və ağız boşluğunu yaxalamaq üçün vasitərlər ağızdakı virus miqdarını müvəqqəti azaldaraq SARS-CoV-2-nin yayılmasının azaldılmasına kömək edir".

"British Dental Journal" dərc olunan məqalədə bildirilir ki, tədqiqatın nəticələri koronavirusa yoluxmuş 260 xəstənin iştirak etdiyi testlərlə təsdiqlənib.


Etiketlər:  Diş məcunu qarqaralar COVID qısa zamanda öldürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ