Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin 60 əməkdaşı iştirak edib

Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin 60 əməkdaşı iştirak edib

Tarix: 29 Dekabr 2020 15:21

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif olunublar.
Onların arasında Dövlət Gömrük Koimitəsinin əməkdaşları da var.

Komitədən Trend-ə bildirilib ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüşlərdə Dövlət Gömrük Komitəsinin, ümumilikdə 60 nəfər əməkdaşı iştirak edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhidlik zirvəsinə ucalan əməkdaşımız Hacıyev Ülvi Şirin oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmçinin, qazi əməkdaşlarımız Babayev Elnur Əlihüseyn oğlu “Cəsur döyüşçü”, Əliyev Vasif Şakir oğlu, Carçıyev Elvin Rasim oğlu, Vəlibəyli Orxan Rövşən oğlu, Məmmədov Cavid Əlibaxış oğlu, Mirzəyev Kamran Valeh oğlu, İsmayılzadə İmran Əmrulla oğlu “Füzulinin azad olunmasına görə” , Əliyev Vasif Şakir oğlu, Hüseynzadə Taleh Zaur oğlu, Məmmədov Cavid Əlibaxış oğlu, Ağayev Fərid Rasim oğlu, Bağırov Pərviz İsrafil oğlu, İsmayilzadə İmran Əmrulla oğlu “Xocavəndin azad olunmasına görə”, Zeynalov Tamerlan Fazil oğlu, Hüseynzadə Elbəy Oktay oğlu, Süleymanov Nuran Nüsrəddin oğlu, Babayev Elnur Əlihüseyn oğlu “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar.


Etiketlər:  Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin əməkdaşı iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ