Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 17:36
"Bavariya"nın futbolçusu Aryen Robben zədəsini sağaldıb.
Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi bu gün komanda ilə ümumi məşqlərə başlayıb.
Qeyd edək ki, Robben sonuncu dəfə ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Benfika" ilə oyunda iştirak edib və dubl edib. O, həmin vaxtdan indiyə kimi zədələr səbəbindən matçlarda iştirak etməyib.