Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

Tarix: 14 Iyul 2019 23:28

Bakı. Trend:

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib.

Trend-in məlumatına görə, konsert proqramında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Samir Cəfərov, Mənsum İbrahimov, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, İlqar Muradov, Mələkxanım Əyyubova, Əməkdar artistlər Fərqanə Qasımova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, tanınmış ifaçılar Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ərəstun Quliyev, həmçinin “Mirvari” rəqs ansamblı çıxış edib.

Sənətçilərin səsləndirdikləri mahnı və kompozisiyalar paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının alqışları ilə qarşılanıb.


Etiketlər:  Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ