Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda restoranda baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO)

Bakıda restoranda baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO)

Tarix: 2 Yanvar 2021 16:56

Bakı. Asif Mehman - Trend:

Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1250 m² sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

X X X

Bakıda yerləşən restoranların birində yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın Əliyar Əliyev küçəsində yerləşən restoranda baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi üçün işlər aparılır.

Bakıda restoranda baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO) - Gallery Image Bakıda restoranda baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO) - Gallery Image Bakıda restoranda baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Bakıda restoranda baş verən yanğın söndürüldü ƏLAVƏ OLUNUB FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ