Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehmetciklərin bayraq həssaslığı - FOTO

Mehmetciklərin bayraq həssaslığı - FOTO

Tarix: 5 Yanvar 2021 15:12

Elazığ və Malatya bağlantısında 16 keçid təmin edən və dünyada 4-cü yerdə olan Kömürhan Körpüsünün 2 400 metrlik iki tunelinin açılış mərasimi keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Adil Karaismailoğlu iştirak edib.

Açılış bitdikdən sonra komandalar platforma və bayraqları toplamağa başlayıblar. Belə ki, Türk bayrağı qatlanarkən yerə toxunub. Bu zaman ətrafda olan jandarma qrupu köməyə gələrək, bayrağı yerə toxundurmadan qatlayıblar.

Sosial mediada izləmə rekordu qıran mehmetciklərin bu davranışı yüksək qiymətləndirilib.

Milli.Az


Etiketlər:  Mehmetciklərin bayraq həssaslığı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ