Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 16:58
İtaliyanın "Parma" klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis A seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.
Qeyd edək ki, "Parma" A seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb. Fabio Liverani 2020-ci ilin avqustundan komandanı çalışdırırdı.