Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mutasiyaya uğramış koronavirusla bağlı ŞAD XƏBƏR

Mutasiyaya uğramış koronavirusla bağlı ŞAD XƏBƏR

Tarix: 8 Yanvar 2021 05:33

Koronavirusun Britaniya ştammının yoluxuculuğu çox olsa da, öldürücülük qabiliyyəti daha azdır.

Milli.Az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi Sosial Elmlər Qurumunun üzvü, Qazi Universiteti Tibb Fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

Onun sözlərinə görə, pandemiyanın başlanğıcında Britaniyada virusun öldürücülük qabiliyyəti 2,3 faiz olub: "Daha sonra pandemiyanın kəskin dövründə 3 faizə qədər yüksəldi. Amma hazırda 1,3 faiz ətrafındadır. Bu da bizə onu deyir ki, koronavirus əvvəlki tiplərində olduğu kimi mutasiyaya uğrayaraq yoxa çıxa bilər. Mutasiya bizə bu ehtimalı düşündürür. Amma hazırda buna dair hər hansı dəlil yoxdur. Lakin rəqəmlər göstərir ki, yeni virusun yoluxduğu insanlarda ölüm faizi azdır".

Professor mutasiyaya uğrayan virusun öldürücülük qabiliyyətinin az olmasının iki səbəbini vurğulayıb: "Yoluxduğu insan sayı daha çoxdur, daha yüngül xəstəliyə səbəb olmuş ola bilər. Buna görə də öldürücülük sürəti azalmış ola bilər. Bunu müşahidə etmək lazımdır". (publika.az)

Milli.Az


Etiketlər:  Mutasiyaya uğramış koronavirusla bağlı ŞAD XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ