Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hazırda qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur - Umayra Tağıyeva

Hazırda qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur - Umayra Tağıyeva

Tarix: 8 Yanvar 2021 16:21

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakıda şaxtalı günlərin sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı” verilişində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ən sərt qış 1972-ci ildə müşahidə edilib. Amma son illərdə - 2002-ci ildə 18 dəfə arktik hava kütlələri ökəyə daxil olmaqla Bakı və Abşeron yarımadasında qarlı hava şəraitinin yaranmasına səbəb olub. Həmin ildə qarın hündürlüyü bəzi ərazilərdə hətta yarım metrə çatırdı: “2012-i ildə də Xəzər dənizində buzlaşma yarandı. Buna görə bu ili də soyuq il kimi qeyd edə bilərik. Bu il Bakıda yaxın həftə ərzində qar yağmayacaq. İqlim dəyişməsi təkcə istiləşmədə özünü göstərmir. İqlim dəyişmələri anomal hadisələrin tez-tez təkrarlanmasında da özünü göstərir. Amma heç kim deyə bilməz ki, 2012-ci ildəki anomal hadisə təkrarlanmayacaq. Hər hansı dəyişiklik olarsa, bu barədə 3 gün əvvəl xəbərdarlıq ediləcək”.

U.Tağıyeva əlavə edib ki, hazırda qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur: “Qar yağma prosesləri adətən yanvar və fevral ayında olsa da, son zamanlar bu, müşahidə olunmur”.


Etiketlər:  Hazırda qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur Umayra Tağıyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ