Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Madriddə qar aeroportun işini iflic etdi

Madriddə qar aeroportun işini iflic etdi

Tarix: 9 Yanvar 2021 03:36

Bakı. Trend:

İspaniyanın paytaxtında dünən başlayan güclü qar yağması Madrid-Baraxas Beynəlxalq Hava Limanını iflic etdi.

Trend TASS-a istinadən xəbər verir ki, Hava limanları Dövlət İdarəsi (AENA) bu barədə "Twitter"də məlumat yayıb.

"Təhlükəsizlik səbəbi ilə hava limanı işini görmə qabiliyyəti yaxşılaşana qədər dayandırılıb. Ən qısa müddətdə uçuşları bərpa etmək üçün əmizləmə əməliyyatları davam etdirlir" - məlumatda deyilir. Aeroportda enməli olan təyyarələr digər hava limanlarına göndərilir.

İspaniyanın dövlət meteoroloji agentliyi yanvarın 7-dən qar yağması, soyuq hava və güclü küləklə bağlı xəbərdarlıq edib. Madriddə 2009-cu ildən bəri qeydə alınmayan 20 sm-ə qar yağıntısı gözlənilir. Şəhər ən yüksək (qırmızı) həyəcan səviyyəsini elan edilib.


Etiketlər:  Madriddə qar aeroportun işini iflic etdi


RƏYLƏR