Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 23:20
YouTube 2020-ci ildə oyun kateqoriyasına dair statistik məlumatları açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, YouTube-un oyun kateqoriyasındakı videolar 100 milyard saat izlənməyə çataraq rekord qırıb.
Həmçinin ötən il YouTube oyun kateqoriyası ilə video yerləşdirən 80 mindən çox kanal 100 min abunəçi sayına çatmağı bacarıb. Bundan əlavə, mindən çox kanal 5 milyon 350-dən çox kanal isə 10 milyon abunəçi toplayıb.
Ən çox izlənilən oyunlar
2020-ci ildə YouTube-da ən çox izlənilən oyunların siyahısında Minecraft 201 milyard baxışla birinci olub. İkinci yerdə isə 75 milyard baxışla Roblox-dur.
Roblox-dan sonra Garena Free Fire 72 milyard baxışla üçüncü, GTA 5 isə 70 milyard baxışla dördüncü yerdə qərarlaşdı.
Digər tərəfdən məşhur döyüş Royale oyunu Fortnite 67 milyard baxışla beşinci sırada yer alıb.
Canlı yayımda ən çox izlənilən oyunlar isə bunlardır:
Minecraft
Garena Free Fire
Fortnite
Grand Theft Auto V
PUBG Mobile