Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi üzr istəməlidir''

''Messi üzr istəməlidir''

Tarix: 16 Iyul 2019 15:28

Argentina idman arbitraj məhkəməsinin üzvü Qustavo Abreu ölkənin milli komandasının kapitanı Lionel Messi haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, 32 yaşlı hücumçu Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etdiyi üçün üzr istəməlidir. Əks təqdirdə, oyunçuya cəza tətbiq oluna bilər.

"Messiyə sanksiyadan qaçmaq üçün üzr istəməyi məsləhət görərdim. Üzr istəməlidir ki, ola heç nə edə bilməsinlər".

Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib.   Onun bu açıqlaması səbəbindən 2 il millinin oyunlarından kənarlaşdırıla biləcəyi iddia olunur.

 


Etiketlər:  Messi üzr istəməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ