Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 18:20
Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
Vətəndaşların rahatlığının təmin olunması, onlara keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi davam edir.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, bu il Azərbaycana Avro 6 standartlı daha 320 avtobuas gətiriləcək:
“Avtobusların bu və ya digər marşrut xətlərinə paylanması sərnişinlərin rəyi əsasında həyata keçiriləcək.”
Onun sözlərinə görə, yeni avtobuslar əsasən Bakının yaşayış məntəqələrinin avtobus parklarının yenilənməsinə yönələcək:
“Dövlət başçısının sərəncamlarına uyğun olaraq paytaxtın qəsəbələrinin yol infrastrukturu yenilənir. Yol infrastrukturu 9 metrlik avtobusların hərəkətinə imkan verən rayonlar həmin avtobuslarla təmin olacaq. Yolları dar olan rayonlarda isə genişlənmə işləri aparıldıqdan sonra avtobus parkı yenilənəcək”.