Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asqırmaq nədir?

Asqırmaq nədir?

Tarix: 12 Yanvar 2021 08:12

Asqırmaq insanın özündən asılı olmayaraq ağız və burun vasitəsilə qısa bir zamanda havanın sürətlə xaricə verilməsidir. Bu zaman boyun əzələləri gərilir, səs telləri qapanır və təzyiq əmələ gəlir. Güçlü təzyiq nəticəsində hava xaricə ötürülür. Burundakı sinir uclarının qıcıqlamnası sayəsində meydana çıxan asqırma həyat əhəmiyyətli bir prosesdir. Asqırma zamanı burun boşluğunda olan mikroblar xaricə çıxır. Asqırma aşağıdakı zamanlarda baş verə bilir:
- soyuqdəymə zamanı
- allergik xəstəliklərdə
- isti-soyuq hava dəyişən zaman.
Burun insaların hava alıb verməsində əhəmiyyətli rol oynayan bir orqandır. Burun isti və ya soyuq havanı orqanizmə daxil olmazdan əvvəl tənzimlənməsində böyük rol oynayır. Bundan başqa burun, xarici mühitdən tozcuqların birbaşa orqanizmə daxil olmasına maneçilik törətməklə bir çox xəstəliklərin qarşısını alır. Burunun daxili divarı qan damarları və sinirlərlə zəngindir. Bu da öz növbəsində qoruyucu funksiya daşıyır.
Hava və çiçək tozcuqları, kosmetik vasitələrin qoxusu, çiçəklərin ətri burundakı sinir uclarını qıcıqlandırır və biz asqıraraq yad cismi orqanizmimizə daxil olmağa qoymuruq. Asqırmaq bir növ elə bil bizim xöşlanmadığımız bir şeyə qarşı etiraz əlamətimizdir.
Bəzi alimlər asqırma zamanı beyin hüceyrələrinin ani olaraq işləmədiyini söyləyirlər. Belə ki, tibb tarixində hadir hallarda ardıcıl, uzun müddət fasiləsiz asqıraraq ölən adamlara rast gəlinib.


Etiketlər:  Asqırmaq nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ