Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilorospazm

Pilorospazm

Tarix: 14 Yanvar 2021 08:06

Pilorospazm mədə çıxacağının spastik yığılmasıdır.Buna səbəb mədənin çıxacağında olan reseptorların zəifləməsidir. Pilorospazm zamanı mədəyə daxil olan qida on iki barmaq bağırsağa keçə bilmir və nəticədə mədədə naraharlıq hissi baş verir ki ,bu zaman da xəstə qusmasa rahat olmur, xəstəlik ən çox yenidoğulmuş uşaqlarda baş verir , Amma nevrozdan əziyyət çəkən yaşlı insanlardsa da bu xəstəliyə rast gəlinir.
Bu xəstəlik zamanı epiqastral nahiyədə intensiv ağrı, ağızda turşuluq hissi, mədə çıxacağının spastik yığılması, mədə möhtəviyyatı ilə bol qusma olur. Xəstənin mədəsinə düşən heçbir qida həzmə getmir, mədədə yığılır qalır.
Müayinəsi:
Mədə rentgenoskopiya olunur. Bu zaman kontrast maddənin evakuasiyası ləngiyir və mədə çıxacağının spesifik yığılmalarını görmək olur. Diaqnoz fibroqastroskopiya ilə təsdiqlənir.
Laborator müayinələr zamanı qanın sidiyin analizi, normal QBA normal olur. Mədənin sekretor funksiyası yoxlanan zaman xlorid turşusun miqdarının artıq olması müəyyən olunur. Mədənin selikli qişasının biopsiyasi norma daxilində olur, mədənin USM müayinəsi zamanı mədənin evakuator funksiyasinın pozulması aşkar edilir. Elektroqastroqrafiya zamanı isə mədənin tonusunun və motor funksiyasının pozulması müəyyən olunur.
Müalicəsi:
Xəstələrdə birinci sinir-psixi faktor və stress situasiyaları aradan qaldırılmalıdır. Psixoterapiya bəzən də hipnoterapiya lazım gəlir.
Pəhriz yüngül həzm olan qidalardan ibarət olmalıdır. Papiros çəkmə və spirtli içkilərdən istifadə azaldılmalıdır. Körpə uşaqlarda isə pediatr həzmi normallaşdiran spazmı aradan qaldıran dərman preparatlarından istifdə etməyi məsləhət görür.


Etiketlər:  Pilorospazm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ