Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

Tarix: 14 Yanvar 2021 12:08

Fransa Güləş Federasiyası Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına münasibət bildirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qurum Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Fransalılar bu səhvin siyasətlə bağlı olmadığını vurğulayıb: "Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq".

Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.


Etiketlər:  Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ