Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın “Evdə tək- 2” filmindən çıxarılması tələb olunur

Trampın “Evdə tək- 2” filmindən çıxarılması tələb olunur

Tarix: 14 Yanvar 2021 18:28

"Evdə tək" və "Evdə tək 2" filmlərində rol alan aktyor Makoley Kalkin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın çəkildiyi "Evdə tək-2" filmində yer alan səhnəsinin çıxarılması ilə bağlı təklifi dəstəkləyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, tvitter sosial şəbəkəsində istifadəçilərdən biri Trampın filmdə rol aldığı otel lobisindəki səhnədən çıxarılaraq redaktə edilmiş versiyanı yerləşdirib.

Kalkin bu təşəbbüsü "Bravo!", - deyə şərh edib. Bundan əlavə, aktyor "Evdə tək 2"də Trampın 40 yaşlı Makoley Kalkin ilə əvəzlənməsi üçün edilən petisiya çağırışını da dəstəkləyib.


Etiketlər:  Trampın Evdə tək filmindən çıxarılması tələb olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ