Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un mənşəyi məlum oldu

COVID-19-un mənşəyi məlum oldu

Tarix: 14 Yanvar 2021 19:48

Kambric Universiteti və Pirbrayt İnstitutunun (The Pirbright İnstitute) bir qrup əməkdaşı SARS-CoV-2 virusunu insan üçün təhlükəli hala gətirən əsas dəyişikliklərini üzə çıxarıblar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "PLOS Biology" jurnalında dərc olunmuş tədqiqata əsasən, bu virusun yarasalardan insanlara keçməsinə səbəb olan genetik dəyişikliklər 2003-cü ildə atipik sətəlcəmin yayılmasına gətirib çıxaran dəyişikliklərlə eynidir.

Mütəxəssislərin rəyincə, buradan hasil olan nəticə sözügedən viruslar ailəsinin heyvanlardan insanlara yoluxmaq üçün keçirdiyi mutasiyaların vahid bir mexanizmə söykənməsidir. Burada başlıca amilin virusdakı S zülalının tarixən dəyişikliklərə uğraması olduğu ehtimal edilir.

Milli.Az


Etiketlər:  COVID mənşəyi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ