Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sony-dən daha bir yenilik: Süni intellektli televizorlar

Sony-dən daha bir yenilik: Süni intellektli televizorlar

Tarix: 14 Yanvar 2021 21:12

Texnologiya bazarının nəhənglərindən olan Sony şirkəti daha bir yeniliyə imza atıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət insan beynini təqlid edərək görüntü və səsləri daha həqiqi şəkildə yayımlayan süni intellekt texnologiyasına sahib yeni televizor seriyasını nümayiş etdirib.

Sözügedən cihazlarda süni intellekt sahəsindəki ən son texnologiyalardan olan Cognitive Processor XR yer alır.

Şirkət rəsmilərindən Mike Fasulo Cognitive Processor XR-ın insan beyninin görüntünü emal etmə üsulunu təqlid edə bildiyini söyləyib.

Digər şirkət rəsmisi Masaomi Ando sözügedən texnologiyanın yer aldığı televizorlar barədə  "Yeni Bravia XR televizorları ənənəvi süni intellektin sərhədlərini aşan dünyanın ilk "ağıllı" prosessorun sayəsində görüntü və səsi həqiqiyə ən yaxın şəkildə ötürə bilir", - deyə vurğulayıb.

Milli.Az


Etiketlər:  Sony dən daha bir yenilik Süni intellektli televizorlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ