Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 21:24
Donald Trump tərəfdarlarının 6 yanvar aksiyasını planlaşdırdığı Parler sosial şəbəkəsi bu yaxınlarda həm App Store, həm də Google Play tərəfindən silinib. Amma bu hərəkətdən sonra Amazondan başqa bir jest gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, AWS şirkəti və Parler-ə hosting xidməti göstərən Amazon tətbiqin hosting xidmətlərini dayandıracağını açıqlayıb.
Həmçinin bildirilib ki, sosial media tətbiqi Parler başqa bir hosting xidməti əldə edə bilməyəcəyi təqdirdə bu gündən etibarən oflayn qalacaq.
Parler-ə bir neçə gün öncə göndərilən rəsmi mesaj isə belə olub: "Son bir neçə həftədə açıq şəkildə şiddəti təşviq və təhrik edən Parler-ə 98 nümunə göndərdik. Parler-in AWS xidmət şərtlərinə uyğun olmadığı aydındır. Parler xidmət şərtlərimizi yerinə yetirmədiyi və ictimai təhlükəsizliyi real risk altında qoyduğu üçün tətbiqi 10 yanvar bazar günü saat 23:59-a qədər dayandırmağı planlaşdırırıq".
Lakin Parler-in rəsmi açıqlaması gecikməyib. Parler-in rəhbəri John Matze tətbiqin dayandırılmasını təsdiqləyib: "Amazon serverlərimizi gecə yarısı bağlayacaq. Parler-i sıfırdan və yenidən qurmalı olduğumuz üçün tətbiq bir həftə mövcud olmaya bilər. Amazon-un alt platformasına güvənmədiyimiz üçün onsuz da, belə tədbirlərə hazır idik".