Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:44
"Dağlıq Qarabağ ərazisində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının humanitar missiyası davam edir. Hazırda mütəxəssislər Cənubi Qafqazda əsas nəqliyyat dəhlizi olan Laçın aşırımında növbə çəkirlər".
Sonxeber.net bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada belə deyilir.
Açıqlamada vurğulanır ki, xüsusilə də əlverişsiz hava şəraitində mümkün fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması üçün operativ qruplar Laçın dəhlizinə yollanırlar. Xilasedicilər yerli sakinlərin avtomobillərinin təxliyyəsinə və yedəklənməsinə yardım edir, izahat işləri aparırlar.
Rusiyalı xilasedicilərin indiyədək 20 olayda yardım göstərdikləri vurğulanıb.