Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 18:08
Almaniyanın "Ayntraxt" klubunun mətbuat xidməti "Real"la zarafat edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Aytraxt"ın müqavilə ilə Madrid klubuna məxsus futbolçusu Luka Yoviç Bundesliqanın 16-cı turunda "Şalke" ilə görüşdə (3:1) dubl etməsi buna səbəb olub.
Frankfurt təmsilçisi sosial şəbəkə hesabında serbiyalı hücumçunun qollarının videogörüntüsünü paylaşaraq yazıb:
"Siz, sadəcə, ona şans vermliydiniz. Bu necə gözəl bir qayıdışdır, Luka?!"
Qeyd edək ki, "Real" 23 yaşlı hücumçunu "Aytraxt"dan transfer etdikdən sonra baş məşqçi Zinəddin Zidan onun çıxışını bəyənməyib və Yoviçi Almaniya klubuna icarəyə göndərib. Mövsümün sonunadək "Ayntraxt"da çıxış edəcək Yoviçin "kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.